“Yeni Suraxanı bələdiyyəsinin büdcə gəlirləri 51737,0 manat olmuşdur”- bu fikirləri Suraxanı rayonu Yeni Suraxanı Bələdiyyəsinin sədri Fikrət Quliyev bildirib.
Sədrin sözlərinə görə, ondan; 4.253 manatı torpaq vergisi, 41.984 manatı əmlak vergisi, 5.500 manatı dövlət büdcəsindən əvəzsiz maliyyə yardımı (dotasiya) üzrə təşkil etmişdir.
Sədrin sözlərinə görə, Yeni Suraxanı bələdiyyəsinə 2022-ci il ərzində 109 məktub daxil olmuşdur. Onlardan, Suraxanı rayon icra Hakimiyyətindən 35 məktub və sərəncamlar, ədliyyə Nazirliyi Bələdiyyələrlə iş Mərkəzindən 17 elektron məktub, digər idarə və təşkilatlardan isə 57 məktub daxil olmuşdur. 2022-ci il ərzində Yeni Suraxanı bələdiyyəsi tərəfindən 44 məktub göndərilmişdir. Bunlardan, 5 məktub Suraxanı rayon icra Hakimiyyətinə, 11 məktub ədliyyə Nazirliyi Bələdiyyələrlə iş Mərkəzinə, 28 məktub isə digər idarə və təşkilatlara göndərilmişdir.Bələdiyyəyə müraciət edən vətəndaşlara əmlak və torpaq vergisinə cəlb olunmaqla, 851 arayış verilmişdir.
Yeni Suraxanı bələdiyyəsinin büdcə xərcləri 51210,0 manat olmuşdur. Ondan; 29562 manat plastik kart hesabına köçürülmüş əmək haqqı xərclərinə, 5840 manat Vergi müfəttişlərinə xidmət haqqının ödənilməsinə, 14851 manat DSMF-na olan borcun və icbari tibbi sığorta haqqının ödənişinə, 29,0 manat Vergilər Departamentinə olan borcun ödənişinə, 130,0 manat bələdiyyə qulluqçuları üçün hazırlanmış plastik kartların dəyərinin ödənilməsinə, 798,0 manatı isə digər (bank xidmətləri üzrə) xərclərə sərf edilmişdir.
Ötən il ərzində Yeni Suraxanı bələdiyyəsi tərəfindən öz vəsaitləri hesabına “Heydər əliyev Məscidi”nin qarşısındakı parkda mütəmadi olaraq, təmizlik və abadlıq işləri aparılmış, parkın ərazisində işıqlandırma dirəkləri quraşdırılmış, qəsəbə ərazisində mədəni-tarixi abidə olan Müzəffər Ovdanı hasara alınmışdır. Qəsəbə ərazisində müntəzəm olaraq, təmizlik-abadlıq işləri (məişət və iri qabaritli tullantıların təmizlənməsi, ağac və yaşıllıqların suvarılması və.s) görülmüşdür.
Belediyye.info